“Qoca” ləqəbli döyuşçü: “Şuşada mühasirədə qaldıq, gülləmiz bitdi və biz..."

"...Düşməni “zır paket”lə qorxudurduq” 

“Səsi əl qumbarasının səsinə bənzədiyinə görə, ermənilər eşidən kimi dabanlarına tüpürüb qaçırdılar”

“Özlərini nə qədər başqa cür göstərməyə çalışsalar da ən yaxşı bacardıqları elə budur- dabanlarına tüpürüb qaçmaq”



Müharibənin ən pis tərəfi odur ki, cəbhəyə yollanmazdan əvvəl həmişə sevdiklərinlə, əzizlərinlə halallaşmalı olursan. Onlardan ayrılmaq, doğmalarını tək qoymaq istəmirsən. Amma vətənin dar günündə, torpağının çağırışına cavab vermək hissi üstün gəlir. Beləliklə, çantanı da çiyninə atıb, gedirsən…Bax, İkinci Qarabağ müharibəsində də belə oldu. Ölümü gözü qarşısına alan minlərlə qəhrəman oğlumuz canlarını vətən uğrunda sipər etdilər. Kimi şəhid oldu, kimi də qazi. Amma hər biri vuruşdu, düşməni lərzəyə saldı. Eyni ilə Azayev Rakif tək. 1987-ci il iyulun 5-də anadan olan bu vətən sevdalısı öz hünərilə göstərdi ki, vətən sevgisi hər şeydən-ən ülvi hislərdən də üstündür. 


O, müharibə ərəfəsində könüllü olaraq hərbi komissarlığa müraciət edib və orduya yazılıb. Ardınca isə tank tuşlayıcısı kimi fəaliyyətə başlayıb. Bundan sonrasını isə qəhrəmanımızın “Sherg.az”a dediklərindən oxuyaq:

 “Əslində tank tuşlayıcı idim. Amma adıma olan tank partladığı üçün avtomatla döyüşürdüm. Füzuli, Qubadlı, Xocavənd, Hadrut və Şuşadakı əməliyyatlarda iştirak etmişəm. Xocavənddə 47 şəhid verdikdən sonra, Şuşa istiqamətində hərəkətə başladıq. Şuşaya gecə, hava dumanlıykən girdik. Səhər açılanda dörd bir yanımız erməni idi. Mühasirəyə düşdüyümüzü anladıq. Güllələr üstümüzə yağış kimi yağırdı. Düz dörd gün mühasirədə qaldıq. Həmin müddət ərzində bir damla su da içə bilmədik. Noyabrın 2-dən 9-dək atışdıq. Çoxlu şəhid verdik. Qərargah rəisimiz kapitan Ülvi Hüseynov da noyabrın yeddisində burada şəhadətə qovuşdu. İnanın, taborda onun qədər cəsarətli zabit yox idi. Dəfələrlə bizi ölümdən xilas edib. Bizdən 10 kilometr irəlidə gedərək müşahidə aparırdı. Ərzaq təminatımıza xüsusi diqqət yetirirdi. Hətta mühasirədə olanda hər birimizə ürək-dirək verir, əzmkarlıq yaradırdı. Hara barədə “Buranı almalıyıq” deyirdisə, oranı da azad edirdi. Biz bu gün onun şücaəti sayəsində nəfəs alırıq. Həddindən artıq cəsarətli adam idi. Bir dəfə belə olsun geri çəkilməzdi”.

Qazimiz, həmçinin ən çox təəssüfləndiyi məqamı da açıqladı:

 “Yaşım çox olduğuna görə döyüş yoldaşlarım mənə “qoca” deyirdilər. Elə buna görə də adətən irəlidə gedirdim. Bayaq adını çəkdiyimiz qərargah rəisimiz Ülvi Hüseynov şəhid olsa da, bizim üçün ölməyib.

O, daim qəlbimizdə yaşayır və yaşayacaq. Heyf ki, doyunca erməni öldürə, intiqamımızı tam ala bilmədik. Mən bu döyüşlər ərzində onların necə qorxaq millət olduqlarını bir daha gördüm. Erməni evlərinin  birindən bayramlarda uşaqların partlatdığı “zır paket” deyilən partlayıcı tapmışdım.

Özümlə götürmüşdüm ki, bayramda partladarıq. Amma lazım oldu…Belə ki, silah-sursatımızın tükəndiyi bir vaxtda gözüm çantamdakı həmin partlayıcıya sataşdı. Düşməni onunla qorxudurduq. Səsi əl qumbarasının səsinə bənzədiyinə görə, ermənilər eşidən kimi dabanlarına tüpürüb qaçırdılar.

Özlərini nə qədər başqa cür göstərməyə çalışsalar da ən yaxşı bacardıqları elə budur- dabanlarına tüpürüb qaçmaq. Biz qaçanı sonadək, özü də Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, iti qovan kimi qovmağa hazırıq və buna qadirik”.