ÜST koronavirusun “Britaniya ştammı”nın təhlükəsini qiymətləndirdi

“Koronavirusun yeni (Britaniya) ştammı həyəcan yaradır, səhiyyə sistemində yüklənməni artırır”.
Bu barədə “RİA Novosti” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin direktoru Hans Klugeyə istinadən məlumat yayıb.
“Virusun bu variantı həyəcan yaradır. Yayılmasının qarşısını ala biləcək daha intensiv nəzarət tədbirləri görülmədən virus onsuzda yüklənmiş səhiyyə müəssisələrinin yükünü artıracaq”, - deyə H.Kluge bildirib.
Onun sözlərinə görə, səhiyyə müəssisələrinin yükünü azaltmaq üçün bir sıra tədbirlər görülməsi şərtdir.