Azərbaycanda yeni zibil poliqonları yaradılır


“Tullantılarla bağlı ölkə üzrə səkkiz regional poliqonun yaradılması planlaşdırılır”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

O qeyd edib ki, onlardan bir neçəsi ilə bağlı işlərə başlanılıb:

“Həmin poliqonlarda daşınacaq ötürücü stansiyaların yaradılması nəzərdə tutulub. Ərazilərin müəyyən olunması ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir”.