Filippində dəhşətli zəlzələ: 7 bal

Filippin sahillərindən bir qədər aralı 7 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ-ın Geoloji Xidməti informasiya yayıb.
Zəlzələ yerli vaxtla 12:23-də qeydə alınıb. Zəlzələnin episentri Pundaqitan şəhərindən 219 kilometr cənub-şərqdə 139 kilometr dərinlikdə olub.
Yerli “Inquirer” nəşri qeyd edir ki, zəlzələ Davao şəhərində olduqca güclü hiss edilib. Dağıntılar və insan itkisi barədə hələlik məlumat yoxdur.