Bakıda yol çökdü: araşdırma aparılır

Paytaxtın Yasamal rayonu ərazisində yolun bir hissəsi çöküb.
Söhbət rayonun Ümid Əkbərov 38 ünvanından gedir. 
Qeyd olunan ünvanda yolda baş verən sürüşmə nəticəsində ərazidən keçən qaz xəttinə və yüksək gərginlikli yeraltı elektrik xəttinə də ziyan dəyib.
Baş hadisənin səbəbini öyrənmək məqsədilə Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
İcra Hakimiyyətindən Oxu.Az-a bildiriblər ki, sözügedən əraziyə baxış keçirilib:
“Məlumatımız var. Məsələ araşdırılır və yekun nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.