“Böyük Britaniya Azərbaycanın əsas tərəfdaşlarındandır”

Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Morton xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat verilib.

Xatırladaq ki, dövlət naziri V. Morton Azərbaycana iki günlük səfərə gəlib. Bu, iki ölkə arasındakı əlaqələrin inkişaf etdiyini göstərir. 

Millət vəkili, politoloq Rasim Musabəyov sözügedən görüşü “Sherg.az”a şərh etdi:

 “Böyük Britaniya Azərbaycanın ən əsas tərəfdaşlarındandır. Bizim həm iqtisadi, həm də siyasi tərəfdaşlığımız mövcuddur. Sözügedən görüşlərin xüsusi əhəmiyyəti var. Bu, qarşılıqlı imzalanmış protokola əsasən həyata keçirilir. Bir il onların nümayəndə heyəti gəlir, bir il biz gedir və əlaqələrimizi müzakirə edirik. Heç də bütün Avropa ölkələri ilə münasibətlərimiz belə deyil”.