Gürcüstanda 27 yaşlı gənc valideynlərini və nənəsini qətlə yetirib


Telavi şəhərində 27 yaşlı gənc valideynlərini və nənəsini qətlə yetirib.

Sherg.az "24News.ge"yə istinadən xəbər verir ki, yerli sakinlər gəncin səhətində problemlər olduğunu bildiriblər.

Sakinlər qeyd ediblər ki, ilk öncə atəş səsləri eşidilib daha sonra evə baxış zamanı ailə üzvlərinin odlu silahla vurlmuş cansız bədənləri aşkar olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Polis hadisə yerinə səfərbər olunub və cinayətkarın tutulması üçün intensiv istintaq və operativ tədbirlər görülür.

DİN Telavi şəhərində baş verən hadisə ilə bağlı, ailə zəminində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməni nəzərdə tutan, Cinayət Məcəlləsinin 11 prima-109-cu maddəsi ilə istintaq başladıb.