Çin Prezidentindən orduya “hazır ol” əmri: ABŞ-a əzələ nümayişi, yoxsa?

Asiya- Sakit okean bölgəsində qorxulu bir qitə oldu. Çin Prezidenti Xi Cinpinq orduya “hazır ol” əmri verib. Ötənlərdə ABŞ-a “həddi aşmayın” kimi xəbərdarlıq edən Çində bu məsələ gündəmə gəlib. Pekin iqtidarında müharibə ehtimalı müzakirə olunub. Verilən xəbərlərə görə, ABŞ rəsmiləri Çinin növbəti hədəfinə işarə edərək deyiblər ki, havadan müdafiə sistemləri yaradılmalıdır.
 Xi Cinpinq silahlı qüvvələrin nümayəndələrinin iştirak etdiyi bir tədbirdə bu barədə danışıb. O, həmçinin orduda texnoloji yeniliklərdən istifadə olunmalı olduğunu vurğulayıb. İclasdakı başqa bir müzakirə mövzusu isə texnoloji yeniliklərdən istifadə də ABŞ-ı qabaqlamaq olub. Donanma komandirinin sözlərinə görə, qalib gəmək üçün bu, əsas şərtdir. Prezident 2050-ci ilədək dünya miqyasında bir ordu yaradılacağını deyib. Onun sözlərinə görə, layihə 2035-ci ilədək başa çatacaq.