Qızı götürüb qaçdılar:“Bu, adam oğurluğudur”

"Həmin əmələ görə insanlar cinayət məsuliyyətinə cəlb olunurlar"

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Gülər Mirzəyeva Samux rayon sakini, Vüsal Saadov və iki tanışı tərəfindən məcburi qaçırılıb. Gəncə şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib. Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir.



Məsələni “Sherg.az”a dəyərləndirən hüquqşünas İradə Cavadova müasir dövrdə qız qaçırtma üsulunun qalmasına təəssüf etdiyini söyləyib:

“Bəzi Şərq ölkələrində bu kimi hallara rast gəlirik. Azərbaycanda da, qardaş  Türkiyədə də belə olaylar baş verir. Qız qaçırtma keçmişdə olub. Əslində isə bu, adam oğurluğudur.

Həmin əmələ görə insanlar cinayət məsuliyyətinə cəlb olunurlar. Bildiyim qədəri ilə Azərbaycanda bununla bağlı tədbirlər görülür. Həmçinin maarifləndirmə işləri də gücləndirilməlidir.

Kütləvi informasiya vasitələrində, efirlərdə həmin şəxlsəri nələr gözlədiyi, hansı cinayət  məsuliyyəti daşıdığı onlara izah olunmalıdır”.