Ağstafada qanunsuz silah saxlayan şəxslər saxlanıb


Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Sadıqlı kənd sakini Qara Süleymanovdan 1 ədəd “ZK” modelli, 24 kalibirli tək lüləli ov tüfəngi, rayonun Ağsöl kənd sakinindən “İJ” markalı, 20 kalibirli tək lüləli ov tüfəngi, Göygöl rayon sakini Hüseynəli Musayevdən “İJ” markalı,16 kalibirli tək lüləli ov tüfəngi, Muğanlı kənd sakini Alıxan Bayramovdan 1 ədəd “İJ” markalı, 28 kalibirli tək lüləli ov tüfəngi aşkar edilərək götürüblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Sherg.az-a verilən məlumata görə, bundan başqa davam etdirilən tədbirlər nəticəsində rayonun Sadıqlı kəndi ərazisində 1 ədəd, sahibsiz “TOZ” markalı, 16 kalibirli qoşa lüləli ov tüfəngi aşkar edilib.

Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.