Ağaclardan asılan donuz dəriləri insanları qorxuya salıb - Estetik şok

Rusiyanın paytaxtı Moskva yaxınlığındakı bir hadisə insanların heyrətinə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçisi Tala Do Leninqrad prospektində həyətlərə asılmış donuz dərilərini görüb və onları lentə alıb. Bu barədə “Sherg.az” “Rambler.ru”ya istinadən xəbər verir. Paytaxt sakinlərinin qorxduğu bildirilir. 

T. Dolu çəkdiyi fotoşəkillərlə bağlı özünün Facebook səhifəsində yazıb: “Dəhşətli görünür. Asılan dərilərin hər biri insanın boyu səviyyəsindədir. Bu, estetik şoka səbəb olur”. 

 Qeyd edək ki, keçən il dekabrında Moskva yaxınlığında donmuş gölməçədən gələn səslər yerli sakinlər arasında vahimə yaratmışdı.