Aydın Sani meyxanadan niyə uzaqlaşıb? – “Baxdım ki, balaca uşaqlar..."

Tanınmış meyxanaçı Aydın Sani ARB Tv-nin “ Bazar Düzü” verlişində qonaq olub.
“Sherg.az” xəbər verir ki, o, meyxanadan uzaqlaşmağının səbəblərini açıqlayıb:
“Elə bir dönəmə düşmüşdüm ki, məndən 5-10 yaş balaca uşaqlar çox iti təblə meyxana deyirdilər. Gördüm ki, nəfəs çatdıra bilmərəm. Çünki yaş artdıqca, təb də qocalır. Məsələn, 25 yaşında bir şeiri iki-üç saata hazırlaya  bilirsənsə, 40 yaşda elə deyil. Bu sübut olunub. Oxuduqlarıma, bildiklərimə, müəllimlərimdən öyrəndiklərimə görə deyirəm ki, təb də insan kimi yaşlaşır”.