5 yaşlı uşağın ölümü ilə bağlı yeni detallar üzə çıxdı

İki il öncə İzmirin Bornova ərazisindəki meşəlikdə tərk edilmiş binaya aid təndir çuxurunda cəsədi tapılan 5 yaşlı Eymen Sadık Durakı sevgilisi Serkan Elçetin öldürdüyü iddiası ilə tutulan Mine Durakın ağlı başında olduğu ortaya çıxdı. 

Qeyd edək ki, Mine Durak 2019-cu il sentyabr ayında oğlu Eymen Sadık Duraka şiddət göstərmək şüphəsi ilə polis əməkdaşları tərəfindən saxlanılmışdı. Qohumlarının evindən tapılan qadının yanında oğlu Eymən yox idi.

Birinci dəfə polisə ziddiyyətli izahat verən Mine Durak daha sonra oğlunun sevgilisi Serkan Elçetin tərəfindən döyülərək qətlə yetirildiyini demişdi. Polis bölməsindən sonra Ədliyyəyə göndərilən Mine Durak və Serkan Elçetin 5 yaşlı Eymen Sadık Durakı öldürmək cinayətinə görə həbs olundular. Hadisədən sonra başlayan istintaqda İzmir Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamə 9-cu Ağır Cəza Məhkəməsində qəbul edilmişdi.

İş üzrə məhkəmənin 2 iyul tarixində keçirilmiş ikinci iclasında məhkəmə heyəti Mine Durakın ruhi cəhətdən sağlam olub-olmadığını təyin etmək üçün İstanbul Ədli Tibb Təşkilatından hesabat almasına qərar vermişdi. Məhkəmənin tələb etdiyi hesabat artıq məhkəməyə çatıb. Həmin sənəddə öldürülən uşağın anası Mine Durakın ruhi cəhətdən sağlam olduğu bildirilib.