20 il həbs yatan qanuni oğru yenidən saxlanılıb

44 yaşlı Rusiya vətəndaşı, Mamuka Khonski adlı qanuni oğru Odessada saxlanılıb.
Bu barədə “Sherg.az” “Rambler.ru”ya istinadən xəbər verir.
Bildirilir ki, informasiyanı Ukrayna Milli Polisinin mətbuat xidməti yayıb.  

Departamentdən verilən məlumata görə, Mamuka Khonski Ukrayna ərazisində qalır, müvəqqəti olaraq Odessada yaşayır. Hüquq- mühafizə orqanının əməkdaşları onun yerini müəyyənləşdirməyi bacarıblar. 

Qeyd edək ki, o, 2005-ci ildə “qanuni oğru” statusunu alıb. Ağır cinayətlər törətdiyinə görə iyirmi il həbsdə yatıb. Keçən ilin oktyabrında isə sərbəst buraxılıb.