"Üz-üzə tədris gələcəkdə də imtina edilməzdir" - Nazir

Türkiyənin təhsil naziri Ziya Səlcuq ənənəvi tədrislə bağlı açıqlama verib.

“Sherg.az” “Haberglobal”a istinadən xəbər verir ki, o, bu barədə özünün Twitter hesabında yazıb. “Müəllimlərimizin hər bir şagirdin gözlərinə baxaraq dərsə başladığı üz-üzə tədris əsasdır, bu gün olduğu kimi gələcəkdə də imtina edilməzdir. Üz-üzə təhsili dəstəkləməkdən ötrü dünyada olduğu kimi, ölkəmizdə də distant tədris məktəblərimizin tamamlayıcısı olacaq”.