SON DƏQİQƏ: Yunan ordusundan Türkiyəyə müharibə mesajı


Yunanıstan Türkiyəyə qarşı provakasiyaya başladı. Müstəqilik Gününü - əslində Osmanlı İmperatorluğuna qarşı çıxmanın 200-cü ildönümünü qeyd edən Yunanıstan Türkiyə ilə düşmənçiliyindən əl çəkmək fikrində deyil.

26 mart - Bayram günü yunan jetləri – F-16-lar Türkiyəyə bir neçə kilometr məsafədə yerləşən və Antalyanın  Kaş bölgəsinin tam da qarşısında yerləşmiş Meis adası üzərindən alçaq uçuş həyata keçirib, Ağ dənizdə üzən savaş gəmisində qaldırılmış bayraqlar biri isə yunanların 1821-ci ildə Osmanlıya qarşı üsyan zamanı istifadə etikləri bayraq olub. 



“Milliyyet”-in yazdığına görə, yunan mediası bu olaya diqqət çəkərək F-16-ların uçuşunu əks etdirən videolar  paylaşıb və bu hərəkətlərlə Türkiyəyə yanıq verildiyini vurğulayıb.  Ötən il eyni qıcıqlandırıcı hərəkət Krit adasında  yaşanmışdı. Yunanıstanın Müstəqillik Gününü qeyd etmək üçün paytaxt Afinaya gələnlər sırasında İngiltərə şahzadəsi Çarlz və xanımı Kamilla, Rusiya baş naziri Mixail Mişustin, Fransa müdafidə naziri Florens Parliy də var. Afinanın rəmzi Sintagma meydanındakı törəndə Fransa və ABŞ hərbi təyyarələri uçuş həyata keçirib, hərbi yürüş gerçəkləşib. ABŞ prezidenti Bayden, Rusiya pezidenti Putin Yunanıstana təbriklərini sosial media, tvitter hesabından paylaşıblar.



Qeyd edilir ki, mart ayının əvvəllərində ABŞ ordusu Türkiyəyə  “göz dağı” vermək üçün Ağ dənizin şərqinə  22 hərbi gəmi və 5 min 600 əsgər göndərib. Xatırladaq ki, Yunanıstan Türkiyə qorxusu ilə hələ ötən il ABŞ-dan F-35-lər sifariş etmişdi, dostu Fransadan isə 18 “Rafael” yeti satın almışdı. Yunanıstan Türkiyə qorxusu ilə ötən ilin yazından Ağ dənizi beynəlxalq güclərin oyun sahəsinə çevirib.