“Xəzər canavarı” Moskvaya aparıldı

Uzun illər öncə Xəzər dənizində təcrübə zamanı qəzaya uğramış hərbi təyyarə yalnız bu günlərdə sudan çıxarılaraq Rusiyaya aparılıb.



Sherg.az “Sabah.com”a istinadən xəbər verir ki,  SSRİ dönəmində - 1965-ci  ildə istehsal edilən və “LUN” adı verilmiş hərbi təyyarə 1966-1980-ci illər arasında Xəzər dənizində təcrübədən keçirilib.  Görünüşcə həm təyyarəyə, həm də gəmiyə bənzəyən nəhəng hərb maşını ekranoplan adlanır.  Nəhəng hava gəmisi təcrübə zamanı qəzaya uğradıqdan sonra uzun illər Xəzər sularında atılmış vəziyyətdə qalıb.

Rusların “maket gəmi” dediyi bu hərb maşınının “işi” Qara dənizdə yük daşımaq və düşmən gəmilərini təsirsiz hala gətirmək imiş. Pilot xətası səbəbiylə qəzaya uğrayan təyyarə 300 ton ağırlığındadır. Sürəti saatda 500 km olub, 10 ədəd motoru varmış, 92 metr uzunluğunda, 38 metr qanad aça bilirmiş və su səthindən 4 metr yüksəklikdə uçmaq qabiliyyətinə malikmiş. Hərbi təyyarı həm də raket daşıyıcı imiş.

Müşahidə raketləri olan hava gəmisi hədəfləri dəqiq nişan alırmış.  Rusların bu nəhəng hava gəmisini ABŞ kəşfiyyatı Xəzər dənizində təcrübə keçdiyi zaman müəyyənləşdirmişdi.

Və ona “Xəzər dəniz canavarı” adı verilmişdi. İllərlə ABŞ kəşfiyyatı bu nəhəngin hərəkətlərini  təqib edirmiş. Lakin zəza sonrası Dərbənd sahillərində atılmış vəziyyətdə qalıbmış. Bundan sonra nəhəngin muzey həyatı başlayır. O, Rusiya Müdafiə Sənayesi Nazirliyinə məxsus “Patriot Parkda”  sərgilənəcək.