Maldivdə istirahət edən Aynişanın videosu gündəm oldu - VİDEO 

Bir müddətdir ki, əməkdar artist Aybəniz Haşımova və bloqer qızı Aynişan Quliyeva Maldiv adalarında istirahət edirlər. Aynişan tətildən fotoları və videoları İnstaqram səhifəsində paylaşır. 

"Sherg.az"ın məlumatına görə onun Hind okeanına qarşı "Gəl ey səhər" mahnısını ifa etdiyi video gündəm olub. İzləyiciləri Aynişanın paylaşımına rəy yazaraq ifasını çox bəyəndiklərini söyləyiblər.