Son dəqiqə ! - İsrail ordusu Kıbrısa gedir: Türkiyə hərbi təyyarələri hədəfdə

Şərqi Ağ dəniz savaş meydanına dönüşür. Getdikcə daha çox dövlət silahlı qüvvələrini bura toplayır. Türkiyə mediası Ağ dənizdə cərəyan edən hadisələri  “Türkiyə  hədəfə alınır” başlığı altında yayımlayıb. Milliyet-in yunan mediasına istinadən yazdığına görə, İsrail ordusu da Ağ dənizə əsgəri qüvvə çıxarmağa hazırlaşır.

"Sherg.az" xarici mediaya istinadən bildirir ki, son dəqiqə xəbərinə görə, ABŞ, Fransa, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və İspaniyadan ümumlikdə 60-dan artıq hərbi təyyarənin havaya qalxacağı bildirilir. İsrail mediası da Türkiyəni həqiqətdə hədəf alan durum haqqında yazır. 

Şərqi Ağ dənizdə Yunanıstanın köməyinə gələn ABŞ-ın təyyarə daşıyan USS Eysenhover gəmisi Krit adasındakı Suda hərbi bazasında müttəfiqləri ilə yeni təlimlərə başlayır. Rəsmi açıqlamaa görə, ABŞ və Yunan xüsusi əsgəri  qüvvələri Suda bazasında Türkiyəyə qarşı gövdə nümayişinə Güney Kıbrıs (rum kəsimi) ordusu da qatılıb. Verilən xəbərlərdə o da bildirilir ki, aprelin 12-də tarixdə daha böyük bir hərbi təlimlərlə Türkiyəyəy qarşı gövdə nümayişi gerçəkləşdiriləcək. İsrail mediyası da ordu birliklərinin ilk dəfə olaraq Güney Kıbrısda böyük həcmli təlimlər həyata keçirəcəyini bildirib. Yerli mediyanın yazdığına görə, Türkiyəyə qarşı təşkil yaradılmış hərbi blokda yer alan İsrailin hərbi təyyarələri – F-35-lər, donanma və xüsusi təyinatlıları Kıbrıs adasına çıxış gerçəkləşdirəcək. Təlimlərin keçirildiyi müddət ərzində Türk Hava Qüvvələrinə aid hərbi təyyarələr və ya helikopterlər hava məkanını pozarsa, İsrail tərəfindən hədəf alınacaq.