Fillər belini qırdı

Təlimçinin ağciyərlərində də deşik əmələ gəlib


Tatarıstanın paytaxtı Kazan şəhərində iki filin sirkdə nümayiş etdirilməyinə qadağa qoyulub. Buna səbəb onların öz məşqçilərinə ağır xəsarət yetirməyi olub. 

"Şərq" xarici mediaya istinadən xəbər verir ki, Rusiyaya daxil olan Tatarıstan Respublikasının paytaxtı Kazanda iki həftə əvvəl sirkə, qonaqlar tribunasının yaxınlığında vuruşan iki fil onları ayırmaq istəyən sirk təlimçisi Eduard Şeyşenbəkov ağır xəsarət alıb.

Yerli mətbuat məşqçi Şeyşenbekovun həftə sonu şousunda döyüşən iki fili ayırmaq istədiyi zaman belinin qırıldığını açıqlayıb. Məşqçinin beli ilə yanaşı qabırğa və onurğasının qırıldığı, ağciyərində deşik əmələ gəldiyi bildirilir.