Rusiya və Kanada arasında gərginlik ! - "Moskva cavab verəcək"

Rusiya Krımla əlaqədar Kanadanın Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara cavab verəcək. “Sherg.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Kanada hakimiyyət orqanlarının suveren ölkələrə necə yaşamalı olduqlarını, hansı dəyərləri seçməli olduqları barədə çağırışları rəsmi Ottavanın beynəlxalq nüfuzuna xələl gətirir. 

“Rusiya Federasiyası  Ottavanın hücumuna lazımi cavab verəcək” - deyə Zaxarova əlavə edib.