Son çempion büdrədi 

Uefa çempionlar liqasının 1/4 final mərhələsinin növbəti oyunları keçirildi. Almaniyada “Bayer Munxen” Fransanın “PSG” komandasını qəbul etdi. Görüşün maraqlı və prinsipial keçəcəyi evvəlcədən bəlli idi, məhz turnirin son final matçı bu komandalar arasında baş tutmuşdu. Ötən mövsüm Uefa çempionlar liqası kubokunu başı üzərinə qaldıran “Bayer Münxen” finalda “PSG”nı 1-0 hesabıyla məğlub etmişdi. Belə ki, Almaniya və Fransa çempionların oyununa böyük maraq var idi, istisna deyildi ki, fransızdar ötən mövsümdəki məğlubiyyətin əvəzini çıxmaq istəyəcəkdilər. Görüş başlayar başlamaz ”PSG”nin revanş hissi görunürdü belə ki, artıq 3-cü dəqiqədə Mbappe Neymarın ötürməsindən sonra hesabı açdı, görüşün 28-ci dəqiqəsində isə Neymarın mükəmməl ötürməsindən sonra yerlisi Markinyons hesabı 0-2 etdi.

Buna baxmayaraq, “Bayern Münxen” rəqibindən daha çox hücüm edirdı, almanların hücümları 37-cı dəqiqəsində öz bəhrəsin verdi, ”PSG”ə yaxın olan Çipo Motinq hesabı minimuma endirdi. 2-ci hissəyədə fəal başlayan “Bayern Munxen” görüşün 60-cı dəqiqəsində hesabı bərəbərləşirdi, Müller başla dəqiq oynadı.

Bundan sonra almanların daha da həvəslənərək möhtəşəm gerı dönüş etmək istədikləri hiss olunurdu, ancaq “Bayern Münxen”in müdafiəsi Mbappe ilə bu görüş hec cür bacara bilmədi, yekunda fransalı dubl edərək son nöqtəni qoydu.

”PSG” öz dogma meydanında keçirələcək cavab görüşünə açıq aşkar favorit yollanır. Alman komandasının polşalı qol maşını Levandovskidən yan keçə bilməzdik, belə ki, onun yoxluqu oyunda hiss olunurdu. Böyük görüşlərdə hər zaman aktiv və ön plana keçən Leva, milli seçmə görüşlərdə zədələnərək 1 ay müddətinə sıradan çıxıb.

Leva 1 həftə sonra cavab görüşündə də forma geyə bilməyəcək. Bu isə “Bayern Münxen”üçün çox böyük itki hesab olunur. Əlbəttə “Bayern Münxen” o komanda deyil ki, bir əsas hücümcüsuz  təslim olsun, ancaq səfərdə almanlar artıq azı 2 top vurmalıdırlar və burada Bundesliqanın bombardirinin  yeri sözsüz görünəcək.

Cavab görüşündə “PSG” favoritdir ancaq “Bayern Münxen”in itirəcək heç nə yoxdur. Ümüd edirik qarşıda bizi yenə maraqlı gərgin bol qollu 90 dəqiqə gözləyəcək.

Nizami Quliyev/İdman şərhçisi