Ermənistan çalxanır: “Paşinyanı “kişilər” devirə bilmədi, indi qadınlar...” 

Ermənistanda “VETO” adlı ictimai-siyasi hərəkatın üvzləri olan qadınlar polis dəhlizini yararaq Hökumət evinə hücum etməyə çalışıblar. Hökumət evinin önündə qarşıdurma  başlayıb.


Bildirilir ki, erməni qadınları “Ayıb olsun” şüarı altında polislərdən ibarət canlı səddi yarmağa çalışırlar. Etiraz aksiyasının iştirakçıları Hökumət evini yumurta atəşinə tutublar. Məlumata əsasən, polislə qarşıdurma zamanı aksiyanın iştirakçılarından biri saxlanılıb.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu rəsmi İrəvandakı aksiya ilə bağlı “Sherg.az”a danışdı:

“Bəzi ekspertlər kimi, mən də Paşinyanın devriləcəyini düşünürdüm. Amma belə olmadı. “Kişilər” baş naziri dəyişə bilmədilər. İndi qadınlar irəli çıxıb. Polis üçün kişi aksiyaçı ilə qadının fərqi yoxdur. İkisi ilə də eyni cür davranır. Deməli, qadınları aksiyaya çıxarmaq mənəviyyatsızlığın ən pik həddidir. Ermənilər 

yalançı tarixə inanmır. Elə buna görə də Azərbaycana müqavimət göstərmir. 2018-ci ildə Paşinyanın dəstəklənməsinin səbəbi onun “Qarabağ klanı”na əks mövqedə olması idi.

Hazırda erməni siyasətçiləri, belə demək mümkünsə, başbilənləri qadınları yürüşə çıxarmaqdansa, yaranmış vəziyyətin səbəbini tapmalı və çıxış yolu irəli sürməlidirlər”.