Çin öz vaksinlərini bəyənmir

Rəsmi məlumatlara görə, “Sinovac” peyvəndinin effektivliyi 50,4 faiz təşkil edir

“Kitayski vaksin” effektli deyilmiş!. “Şərq.az” Lenta-ru-ya istinadən bildirir ki, Çin hazırda dünya ölkələrinə idxal etdiyi COVİD-19 peyvəndlərinin o qədər də effektli olmadığını etiraf edib. Bu barədə “The New York Post” məlumat verir.

Çinin Xəstəliklərin Yayılmasına Nəzarət Mərkəzi SARS-CoV-2 - yeni növ koronavirusa qarşı istehsal etdiyi peyvəndin güclü təsirə malik olmadığını açıqlayıb. “Hazırda immunizasiya üçün müxtəlif istehsalçıların peyvəndlərindən istifadə variantlarına baxılır”, deyən mərkəzin direktoru Qao Fu, Çin peyvəndlərinin yüksək effektivliyindən  danışa bilməyəcəyini də söyləyib. Rəsmi məlumatlara görə, Çinin “Sinovac” peyvəndinin effektivliyi 50,4 faiz təşkil edir. Çinin özündə isə hər hansı xarici ölkə istehsalı peyvəndlərin istifadəsinə razılıq verilməyib. Çin əhalisinə artıq 10 milyon dozada peyvənd vurulub. Çində yayın ortalarınadək 1 milyarda yaxın insanın peyvənd olunacağı planlaşdırılır.