Qiymət hər kəsi heyrətləndirib

 Bülent Ersoy 3 milyona razılaşıb

Tanınmış müğənni Bülent Ersoy tezliklə televiziya vasitəsilə izləyicilərinin qarşısına çıxacaq. 
"Şərq" türk mediasına istinadən xəbər verir ki, Mustafa Keserlə kamera qarşısına keçəcək Bülent Ersoyun 13 bölüm üçün razılaşdığı qiymət isə hər kəsi heyrətləndirib.
Hazırda Bodrumdakı villasının dizayn işləri ilə məşğul olan Ersoyun çəkilişə qatılacağı proqram üçün 3 milyon TL-yə razılaşdığı iddia edilir.