Azərbaycanda indiyədək 3054472 koronavirus testi aparılıb

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, ölkədə son sutka ərzində 14 086, hazırkı dövrədək isə 3 054 472 test aparılıb.