Distant təhsilin daha keyfiyyətli təşkilinin YOLLARI...

“Microsoft Teams”-də onlayn-distant dərs keçmək çox yaxşıdır. Problem onun hüquqi prosedur və bazasının olmaması ilə bağlıdır”.
 Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. O, “Sherg.az”a açıqlamasında fikrini belə izah etdi:

“Onlayn dərs zamanı “Microsoft Teams” imkan verir ki, kifayət qədər əlavə resurslardan istifadə edəsən, qiymətləndirmə alətlərini tətbiq edəsən. Amma bunu etməyin hüquqi tənzimlənməsi lazımdır.

Dərsdə iştirak edənin kameranı açıb-açmaması, dərsdə iştirak edənlərin sayı, dərsin müddəti və qiymətləndirilməsi həllini tapsa, bu formada təhsil daha keyfiyyətli ola bilər.

Bəli, hər kəs üçün kompüter, planşet və internet də həll edilməklə. Artıq pandemiya bizə onlayn-distant dərs deməyi öyrətdi, sonra vərdişə çevirdi, indi isə olmazsa olmaza çevrilir”.