Dəhşət! - Nəvəsinin qəbri başında oğlunun cəsədini gördü

İzmitdə 3 gündür oğlu Muammer Metindən xəbər almayan Erkan Metin 6 ay əvvəl doğuş zamanı vəfat edən nəvəsinə dua etmək üçün Bağçeşme Qəbiristanlığına gedib. E.Metin oğlunu nəvəsinin məzarı başında hərəkətsiz vəziyyətdə tapıb. Daha sonra yaşlı ata polisə və sağlamləq orqanlarına xəbər verib.
"Sherg.az" türk mediasına istinadən bildirir ki, hadisə yerinə gələn həkim qrupu silahla başından vurulan M.Metinin həyatını itirdiyini təyin edib.
Təkər fabrikində işləyən M.Metinin doğuş zamanı ölən körpəsinin məzarı başında intihar etdiyi vurğulanır.