İcra başçısı özünə köməkçi təyin etdi

Tərtər Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, RİH-nin başçısı Müstəqim Məmmədovun əmri ilə, Osmanov Şirin Güloğlan oğlu Tərtər RİH-nin başçısının köməkçisi təyin edilib.
Qeyd edək ki, Ş.Osmanov bu təyinatadək Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.