Britaniya COVID-19-a qarşı dərman hazırlayır


Böyük Britaniya evdə COVID-19-un müalicəsi üçün həb və ya kapsul formasında dərman hazırlamağa başlayır.

“BBC News” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Boris Conson açıqlama verib.

Baş nazir dərmanın payıza qədər hazır olacağına və gözlənilən üçüncü dalğa ilə mübarizədə onlara yardımçı olacağına ümid etdiyini bildirib.

Hazırda yeni dərmanın işinə və gələcək sınaqlarına nəzarət etmək üçün işçi qrup yaradılır.