Cavanşir Məmmədovdan şok AÇIQLAMA: "Estetik əməliyyat etdirəcəm"

Əməkdar artist Cavanşir Məmmədov  “Onda görüşək” verlişində qonaq oalrkən plastik əməliyyatlardan danışıb. O gələn ay estetik elətdirəcəyini söyləyib. 
“Sherg.az”ın məlumatına görə müğənni bunları deyib: 
“Ölkədə birinci saç əkdirən  Cabbar Musayev olub, onun ardınca Vasif Məhərrəmli, sonra Elazir Məmmədov və mən. O zaman buna bəzi adamlar deyirdilər ki, kişi niyə saç əkdirir? Saç əkdirmək nədir ki? Əgər avtomobil qəzasına düşsən, dərinin bir tərəfini itirsən, plastik əməliyyat olunmalısan. Məsələn, mənim göz qapaqlarım aşağı düşür. Əməliyyatla onu yuxarı qaldıracam. Həkim deyib, yarım saata düzəldəcəm. Sənət adamlarından da bir neçə nəfər edib. Ad çəkməyəcəm. Qırışlara qarşı botoks etdirməmişəm. Həkim dedi ki, əməliyyatdan sonra baxacam, ehtiyac olsa edərik”.