Mirələmovla bağlı yeni AÇIQLAMA: "Gözü zəif görür, əli ilə kağızı axtarırmış"

 "İndicə Hüseynbala Mirələmovla danışdım, bir daha o qalmaqallı hadisəyə mövqeyini soruşdum. Bu FB-çilər onu əməlli-başlı çaşdırıblar".  


 "Sherg.az"  xəbər verir ki, bu sözləri Feysbuk profilində jurnalist Asif Mərzili yazıb. O H.Mirələmovun görməsində problem olduğunu söyləyib:
 "Hüseynbala müəllim mənə bir resept kağızı göndərdi: sən demə bir müddətdir ki, gözündən müalicə alırmış. Yəni uzağı görməsi pisləşib, eynəksiz ətrafı tor görür. Konfrans zamanı isə o, əlini atıb köməkçisindən çıxış mətnini istəyirmiş, əli ilə həmin kağızı axtarırmış..Bunu da mərdimazarlar qeydə alıb sosial şəbəkələrdə pis mənada yayımlayıblar... Məsələ belədir!".

Xatırladaq ki, yaxınlarda sosial şəbəkələrdə sabiq deputat Hüseynbala Mirələmovun utanc verici görüntüləri yayılıb və müzakirələrə səbəb olub.