Koronavirusdan qoruya bilmədi: Bütləri qırmağa başlayıblar

Koronavirüsdən ən çox təsirlənən ölkələrdən biri olan Hindistanda xəstəliklərin yayılması ilə səhiyyə sistemi çökmə nöqtəsinə gəlib.

Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, epidemiya səbəbindən həyatını itirənlərin kollektiv olaraq yandırıldığı ölkənin hər bölgəsindən tüstü çıxır. Hətta artıq ölkədəki bəzi insanlar "Bizi taclı virusdan qoruya bilmədilər" deyərək bütləri qırmağa başlayıblar. Virus səbəbindən yaxınlarını itirən insanlar onlara artıq inanmadıqlarını dilə gətiriblər. Məhz bu səbəbdən də bütləri sındırdıqlarını deyiblər.