Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST


Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 677 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 677 545 nəfər yeni koronavirusa yoluxub, 11 061 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 157 973 438, ölənlərin isə 3 288 455 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.