Tatarıstanda məktəbdə atışma olub - Yaralılar var

Rusiyada, Tatarıstanın Kazan şəhərində məktəblərin birində atışma baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində yaralıların olduğu deyilir.

Qeyd olunur ki, atışmanı iki yeniyetmə törədib. Onlardan biri saxlanılıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb edilib.