İbrahimoviç üçün mövsüm bitdi


İtaliya A Seriyasının 35-ci turunda “Yuventus”a qarşı oyunda (3:0) zədələnərək əvəzlənən “Milan”ın hücumçusu Zlatan İbrahimoviç üçün mövsüm yekunlaşıb.

Bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Futbolçunun dizindən ciddi zədə aldığı bildirilir.

Xatırladaq ki, 39 yaşlı hücumçu bu mövsüm İtaliya A Seriyasının 19 matçında iştirak edib, 15 qol vurub.