ABŞ konqresi beynəlxalq hüququ tapdalayır:“Separatçılara dəstək...”

“ABŞ konqresində ermənilərin oyuncağı Kris Smit parlamenti qondarma rejimə dəstək olmağa və 50 milyon dollar yardım etməyə çağırıb”.
Bu sözləri politoloq, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. 
O, “Sherg.az”a açıqlamasında məsələni belə şərh etdi:
“44 günlük müharibədən sonra qondarma respublikanın adını hər hansı bir tədbirdə, iclasda, ələlxüsus parlamentdə çəkmək, üstəlik, separatçılara maliyyə yardımı etmək - beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Nəinki "Dağlıq Qarabağ respublikası", ümumiyyətlə ”Dağlıq Qarabağ” ifadəsi belə, artıq yoxdur. Bu, kimi  çağırışlar isə revanşistlərə və separatçılara dəstəkdir”.