Türk əsgəri İraqda həlak olub

Türkiyə ordusunun əsgəri İraqın şimalında həlak olub.

"Sherg.az" “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün tvitterdəki səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, Türkiyə hərbçisi “Pence-Şimşek” əməliyyatı zonasında xidmət terrorçuların açdığı atəş nəticəsində həlak olub.