Almaniya Bundesliqası: "Borussiya" uduzdu, çempion bərabərə qaldı

Almaniya Bundesliqasında 33-cü tura start verilib.
 
Fanat.Az xəbər verir ki, ilk oyun günündə yeddi görüş reallaşıb.
 
Ötən tur çempionluğu rəsmiləşən "Bavariya” səfərdə "Frayburq”la bərabərliyə razılaşıb. 
 
Bundesliqada qalmaq uğrunda mübarizə aparan "Köln” rəqib meydanında "Herta” ilə heç-heçə edibsə, "Arminiya” evdə "Hoffenhaym”la oyundan 1 xalla ayrılıb.
 
Mönhenqladbax "Borussiya”sı öz meydanında "Ştutqart”a uduzub. "Auqsburq” "Verder”i, "Şalke” isə "Ayntraxt”ı yenib.