“Telegram” HƏMAS hərəkatının hərbi qanadının kanalını blokladı


Fələstinin HƏMAS hərəkatının hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadası”nın “Telegram” messencerindəki rəsmi kanalı bloklanıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

“Xidmətdən istifadə qaydalarının pozulması səbəbindən bu kanal fəaliyyət göstərilə bilməz”, - deyə kanalın məzmunu əvəzinə yayımlanan mesajda bildirilir.

Qeyd edək ki, 176 mindən çox abunəçisi olan qrup planları və həyata keçirdiyi əməliyyatlar barədə mütəmadi olaraq kanal vasitəsilə xəbərdarlıq edirdi.