Aİ Qəzza bölgəsindəki münaqişənin müzakirəsi üçün toplanacaq


Avropa diplomatiyasının rəhbəri Jozep Borrel 18 may tarixində Fələstin-İsrail münaqişəsi ilə əlaqədar Avropa İttifaqı xarici işlər nazirlərinin video konfransını təşkil edəcək.

“İsrail ilə Fələstin arasında davam edən eskalasiya, mülki itkilərin qəbuledilməz sayı ilə əlaqədar olaraq Xarici İşlər Nazirlərinin çərşənbə axşamı günü fövqəladə video konfransı toplanacaq”, - deyə o “Twitter”də yazıb.

Onun sözlərinə görə, nazirlər zorakılığa son qoymağın yollarını müzakirə edəcəklər.