Şəbnəm Rəqsanəni dəstəklədi:"Gecə evə getməyən müğənni..."

Müğənni Şəbnəm Tovuzlu “Hüseynova bacıları” verilişində qonaq olarkən həmkarı Rəqsanə İsmayılovanın qalmaqallı açıqlaması haqda danışıb.
“Sherg.az” xəbər verir ki, o R.İsmayılovanın dediklərində haqlı olduğunu söyləyib:
“Gecə evə getməyən, Bakıda da getmir. Rusiyanın, ya buranın fərqi yoxdur. 
Evə gedən gedir, getməyən özü bilər.  Rəqsanə xanım, bilmədiyi şeyi danışmır. O nəsə görüb ki, deyir”.
Qeyd edək ki, R.İsmayılova  toy oxumaq üçün Moskvaya üz tutan müğənnilərə irad bildirib. O bəzi ifaçıların orada başqa işlərlə məşğul olduğunu iddia edib.