Nuradan  qəraralara SƏRT ETİRAZ: "Adi insanları düşünən var? 

“Mənə çox maraqlıdır. Yay tətilinə 20-30 gün qalmış, “Formula 1” yarışlarına görə bağlanmış şəhəri nəzər almadan məktəbləri açmağı kim düşünüb?”
“Sherg.az” xəbər verir ki, bu sözləri Feysbuk profilində müğənni Nura Suri yazıb. O fikirlərinə bunları da əlavə edib:
"Uşaqlar güc-bəla ilə onlayn dərslərə öyrəşiblər. İmtahan bir tərəfdən, dərsə gedib-gələndə tıxacda, ağızlarında  8 saat maskayla uşaqlara bu əziyyəti verməkdə məqsəd nədir? Adi insanları düşünən var? Camaat işə necə gedib-gəlsin? Bu isti havada insanlar niyə əziyyət çəksin? Zatən  2020-nin martından əziyyət çəkirik”.