Roza Zərgərli: "Yolumu kəsən İlhamə Quliyeva olub"

Müğənni Roza Zərgərli “Xəbər-ətər” verilişində onu mərhum xalq artisti İlhamə Quliyevaya oxşatdıqlarını söyləyib.
“Sherg.az” xəbər verir ki o bu durumdan narazı olduğunu xüsusi vurğulayıb:
“Biri çıxsın söyləsin ki, Roza İlhamə Quliyevaya oxşadığını deyib. Roza hər zaman bildirib ki, biz xasiyyətcə onunla heç bənzəmirik. Zamanında birinci yolumu kəsən İlhamə Quliyeva olub. Məni görəndə “canım” deyirdi, amma mənə maneə olurdu. Bəlkə, zahirən oxşayıram, lakin daxilən belə deyil. Daim  hər kəsə yardm göstərmişəm. Bilirlər ki, sözümün kəsəri var və haqlı danışıram. O cəhətdən oxşarıq. Sadəcə İlhamə xanım hökümranlıq  edirdi. Məni nə isə narahat etmirsə, niyə o haqda danışıram. Deməli narahat olurlar”.