Rusiya Paşinyana qarşı böyük plan hazırlayıb

Ara qarışacaq, Xankəndidəki "Alfa" qrupu Yerevana gətiriləcək


"Rusiya Ermənistanda seçki günü və sonrakı günlərdə aktiv hərbi çevrilişə çalışır”. Bunu "Şərq"ə açıqlamasında MCP-nin sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, bunun üçün Xankəndidə məsuliyyət zonasında "Alfa” qrupu yerləşdirilib:

"Bu qrup məhz 2008- ci il 1 mart prezident seçkilərinin nəticələrinə etiraz üçün meydana çıxan kütləyə qarşı istifadə edilərək Serj Sarkisyanı və Robert Koçaryanı qəzəbli xalqın caynağından qurtarıb. 2008-ci il seçkilərində hakmiyyətin qalması üçün Rusiya öz çevik hərbi qüvvəsi ilə Yerevanda Koçaryan və Sarkisyanın hakmiyyətini müdafiə etdi. İndi isə müxalifətdə olan hər iki şəxsi müdafiə etmək və hakmiyyətə gətirmək üçün öz elit qüvvələrini Xankəndidə saxlayır. Hər iki halda üstündən 14 il keçməsinə baxmayaraq, "Alfa”dan yenə də Nikol Paşinyana qarşı istifadə ediləcək. Məhz 2008-ci il mart hadisələrində Paşinyan aktiv müxalifətin önündə gedirdi”.

 Politoloq qeyd edib ki, Koçaryan Rusiyaya kifayət qədər arxayındır:

"O, seçkinin nəticələrini tanımayacağını elan edəcək. Silahlı insident yaratmağa çalışacaq və bununla etiraz aksiyaları təşkil edəcək. Daha sonra isə Rusiya Xankəndidən "Alfa" qrupunu Yerevana gətirərək, Koçaryana dəstək verməklə hərbi çevrilişdə rol ala bilər. Ermənistanda aktiv müxalifət formalaşır və burada silahların işə düşməsi mümkündür”.