İqlim dəyişikliyi ilə mübariz üçün 100 milyard dollar ayırılacaq

“Böyük Yeddilər” (G7) hər il inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün 100 milyard dollar ayrılması barədə razılığa gəliblər.

APA-nın "Alman dalğası"na istinadən verdiyi məlumata görə, bu barədə qərar İngiltərədə Kornuoll qraflığında keçirilən G7 sammitində qəbul edilib.

Bu, G7 sammitinin yekun Bəyannaməsində əksini tapacaq.