“Facebook”un ağıllı saatları  2022-ci ilin yayında təqdim edilcək

"Facebook" şirkəti  iki kamerası olan ağıllı saat təqdim edəcək. Sherg.az xaici mətbuata istinadən xəbər verir ki, yeni saat fitness funksionala malik olacaq. Onun əsas özəlliyi pulsometrlə təchiz edilməsidir. Həmçinin daşına biləcək bu yeni cihazın smartfondan asılı olmaması üçün mobil şəbəkələri dəstəkləməsi imkanı nəzərdən keçirilir. “Facebook”un ağıllı saatları  2022-ci ilin yayında təqdim edilcək. Hələlik bu cihazların hansı əməliyyat sistemində işləyəcəyi və onların qiyməti məlum deyil.