"Lion"un futbolçusu Depay "Barselona"ya keçməyə yaxındır

Fransanın "Lion" klubunun Niderland futbolçusu Memfis Depay İspaniyanın "Barselona" komandasına keçməyə yaxındır.

Trend-in məlumatına görə, bu barədə Kataloniya klubunun baş məşqçisi Ronald Koeman bildirib.

R.Kuman bildirib ki, futbolçu hələ imzalanmayıb, amma məsələ demək olar ki, hazırdır:

Qeyd edək ki, M.Depayın "Lion" klubu ilə müqaviləsi 30 iyun 2021-ci ilə qədərdir.