Dünyanın ən böyük almazı tapılıb - FOTOLAR

Cənubi Afrika ölkələrindən olan Botsvanada dünyanın ən böyük almazlarından biri tapılıb.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, iyunun 1-də tapılan almaz 1098 karata bərabərdir.
Qeyd edək ki, tapıntı dünyadakı ən böyük üçüncü almaz hesab olunur. Almaz Botsvananın paytaxtı Qaboronaya gətirilib və Botsvana Prezidentinə təqdim edilib.Dünyada kəşf edilən ən böyük 3106 karatlıq “Cullinan” almazı da 1905-ci ildə Cənubi Afrikada tapılıb.