Ən simvolik aslanlarından biri öldü - FOTOLAR

Yara izi səbəbiylə “Scarface” adlandırılan və Keniyanın “Maasai Mara” bölgəsinin ən simvolik aslanlarından biri olan 14 yaşlı aslan ölüb.
“Sherg.az” “Haberglobal.com”a istinadən məlumatına görə, “Scarface”in son zamanlarda xeyli zəiflədiyi və iyunun 11-də öldüyü elan edilib.
Dünyanın ən məşhur aslanı kimi xarakterizə olunan heyvan təbii səbəblərdən ölüb. Qeyd edək ki, “Scarface” növlərinin şirləri orta hesabla 10-14 il yaşayır. “Facebook”da adına hesabı açılan aslan müxtəlif sənədli filmlərin də mövzusu oldu.
“Scarface” 2012-ci ildə sürüsünü qorumaq istəyən “Masai” qəbiləsinin üzvü tərəfindən vurularaq, sağ gözündə yaralanıb.